Episodes

  • Kouçinqin fəlsəfəsi-İnsanın özünə verdiyi suallar onun taleyini dəyişə bilərmi?
    46 mins
  • Müştəri nə istəyir? - Sosial media reklam strategiyası - Hədəf auditoriya seçimi - Daha çox müştəri
    Jun 5 2026
    Düzgün reklam strategiyası necə olmalıdır? Bu buraxılışda "Planet FM"-də yayımlanan "Şəhər Adamı" verilişinin qonağı, Marketinq & Brend Mütəxəssisi / Blogger Ələmdar Manafovdur!
    Alqoritmlərin sirləri, sosial mediada milyonluq baxış toplamağın hiylələri və düzgün hədəf kütlə təyini bu podcastda.
    Show More Show Less
    45 mins
  • Alqoritmlər və Yaradıcı Kontent Sirləri - Rəqəmsal Marketinqdə bilməli olduqlarımız
    Jun 5 2026
    Bankda 9-6 rejimində işləyərkən hər şeyi geridə qoyub, səs-küylü bir "U dönüşü" etmək mümkündürmü?
    Bu buraxılışda "Planet FM"-də yayımlanan "Şəhər Adamı" verilişinin qonağı, həvəskar qanun ifaçısı və rəqəmsal marketoloq Ayşə Babaşlıdır! Alqoritmlərin sirləri, sosial mediada milyonluq baxış toplamağın hiylələri və ənənəvi iş həyatından yaradıcılığa keçid hekayəsi bu podcastda. Sonda isə möhtəşəm qanun ifası sizi gözləyir!
    Show More Show Less
    33 mins
  • Bakıda anomal qasırğaların gizli səbəbi: Böyük Qafqazda "Tunel effekti" aşkarlandı
    Jun 4 2026
    Bakıda əsən güclü qasırğalar və "dəli-dolu" küləklər haradan gəlir? Planet FM-də yayımlanan "Zaman Maşını" verilişinin bu buraxılışında, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev ilə küləyin yaranma mexanizmini, Bakı iqliminin əsas sirlərini və qlobal iqlim dəyişikliklərini elmi faktlarla təhlil edirik. "Koriolis effekti nədir?", "Xəzri və Gilavarın fərqi nədir?" və "Əgər dünyada bircə gün külək əsməsə, hansı qlobal fəlakətlər baş verər?" suallarına bu videoda ətraflı cavab tapacaqsınız.
    Show More Show Less
    45 mins
  • Boşanmaların Əsl Səbəbi Nədir? - Evlənmədən Əvvəl Bilməli Olduğunuz HƏR ŞEY!
    Jun 4 2026
    Bu gün cəmiyyətimizi narahat edən ən qlobal problemlərdən birini — boşanmaların kəskin artmasını və demoqrafik böhranı dərindən analiz edirik. Profayler Təbriz Hacınski və Ailə Psixoloqu Aynur İsmayıl evliliyin ilk illərində sevgini bitirən psixoloji faktorları, mentalitet adı altında edilən səhvləri və uşaq tərbiyəsindəki yanlış ailə modellərini ifşa edir.
    Show More Show Less
    43 mins
  • Mərakeşli Tələbənin Bakı Şoku! - Mərakeş haqqında hər şey - Çay mədəniyyəti, yeməklər
    Jun 2 2026
    "Planet FM-in 'Şəhər Adamı' verilişinin budəfəki qonağı Xəzər Universitetinin neft-qaz mühəndisliyi tələbəsi, 21 yaşlı mərakeşli Niyama Hamdayidir. 4 ildir Bakıda yaşayan Niyama, Azərbaycan dilini heç bir müəllim olmadan, sırf tələbə yoldaşları ilə ünsiyyət quraraq necə öyrəndiyini bizimlə bölüşür.

    Podcastda Mərakeşin təhsil sistemi, çay mədəniyyəti, mətbəxi və azərbaycanlılarla qurulan dostluq münasibətlərində yaşanan xəyanətlərdən bəhs olunur. İki ölkə arasındakı bənzərliklər və fərqliliklər barədə maraqlı dialoqu qaçırmayın!
    Show More Show Less
    32 mins
  • Bütün suallara cavab! - Fransa və İsveçrəyə ucuz səyahət etmək - Pulsuz nəqliyyatdan istifadə etmək
    Jun 2 2026
    Tam Vaxtı" verilişinin "Şəhər Adamı" rubrikasının bu buraxılışında yoqa müəllimi və psixoloq Nərgiz Əliyeva qonağımız oldu! Nərgiz xanımla Avropanın ən lüks bölgələrinə (Kann, Nitsa, Monako və İsveçrə) etdiyi ekspromt səyahətindən, ordakı həyat səviyyəsindən və qiymətlərdən danışdıq.

    İsveçrədə turistlər üçün nəqliyyatın hansı şərtlərlə tam PULSUZ olduğunu bilirsinizmi? Bəs Kann Kinofestivalında iştirak etmək üçün hansı bürokratik mərhələlərdən keçmək lazımdır? Nərgiz xanımın İsveçrənin Montre şəhərində heç bir səbəb olmadan aqressiv bir fransız qadını tərəfindən hücuma məruz qalması və bu vəziyyətdən psixoloji çıxış yolu videoda! Eyni zamanda cəmiyyətdə və sosial şəbəkələrdə artan aqressiyanın səbəbləri, yoqanın insan əsəb sisteminə inanılmaz təsirlərindən danışdıq.
    Show More Show Less
    34 mins
  • Bir Səfərə 4 Ölkə Gəzmək! - Ən Ucuz Bilet Tapmağın Yolları - Aviasales-in direktorundan açıqlama!
    Jun 1 2026
    Xəyalınızdakı səyahətə ən ucuz qiymətə getmək istəyirsiniz? "Həftənin müəyyən günləri bilet ucuz olur" mifi doğrudurmu? Bilet axtarış sistemləri qiymətləri bilərəkdən qaldırır?

    "Tam Vaxtı" verilişinin "Şəhər Adamı" rubrikasının bu buraxılışında "Aviasales" platformasının regional direktoru Günel Əfəndiyeva qonağımız oldu! Günel xanım aviabilet sahəsindəki ən böyük miflərdən, "Aviasales"in gizli və faydalı funksiyalarından, o cümlədən müştəri xidmətlərinin (Call Center) pərdəarxası maraqlı və gülməli hadisələrindən danışdı.

    Həmçinin Günel xanımın şəxsi Özbəkistan, Şri-Lanka, Maldiv və Hindistan (Deli, Mumbay) səyahət təcrübələrini, Hindistandakı "saxta otel" fırıldaqlarını və küçə yeməkləri (Street Food) macəralarını bu podcastda dinləyə bilərsiniz!
    Show More Show Less
    34 mins